Nokauta düşən boksçu xəstəxanada vəfat etdi

İDMAN 04 yanvar 2025, 12:12
Tanzaniyalı peşəkar boksçu Hassan Mqaya rinqdə aldığı zərbələr nəticəsində vəfat edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb.

29 yaşlı idmançı dekabrın 27-də Tailandın Dar-əs-Salam şəhərində həmyerlisi Paul Elias ilə qarşılaşıb. Başına bir neçə güclü zərbə dəyən Hassan 5-ci raundda nokauta düşüb. O, ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Dekabrın 30-da isə boksçu xəstəxanada vəfat edib.

Hassan Mqayanın peşəkar boksda 3 qələbəsi, 4 məğlubiyyəti və 2 heç-heçəsi var idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 12:58
Top