Türkiyə millisinin sabiq qapıçısı Yılmaz Urul 82 yaşında dünyasını dəyişib.
Demokrat.az Oxu.az-a istinadən məlumat verir ki, bunu Türkiyə Futbol Federasiyası açıqlayıb.
Bildirilir ki, Yılmaz Urul müxtəlif yaş kateqoriyalarında ay-ulduzlu formanı ümumilikdə 10 dəfə geyinib.
Karyerasının böyük hissəsini "İstanbulspor"da keçirən qolkiper "Fənərbağça"da da çalışıb.