Avropa sürətli qaz istehlakına görə təşvişə düşüb

DÜNYA 06 yanvar 2025, 20:09
Avropa qaz ehtiyatlarını son yeddi ildə heç vaxt olmadığı qədər sürətlə istehlak edir.

Demokrat.az
xəbər verir ki, bu barədə Bloomberg  məlumat yayıb.

Soyuq hava istiliyə tələbatı artırır və bu həftə temperaturun yenidən aşağı düşəcəyi gözlənilir.

Agentlik qeyd edir ki, hazırda dərhal çatışmazlıq riski olmasa da, sürətlə tükənmə növbəti istilik mövsümündən əvvəl ehtiyatların qurulmasını çətinləşdirə bilər. Bu da qiymətlərə təsir göstərə bilər.

Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilə  dekabrın 31-də başa çatıb.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top