Zimbabvedə 60 nəfər vəba epidemiyasına yoluxub, azı bir nəfər ölüb

DÜNYA 03 yanvar 2025, 20:35

Zimbabvenin paytaxtı Harare ətrafında 60 nəfər vəba epidemiyasına yoluxub, azı bir nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “The Herald” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verib.

Xəstəliyin yayılması Hararenin şimalındakı Mazue kəndində qeydə alınıb. Səbəb yeganə artezian quyusundan suyun təmizlənməməsi və kanalizasiya sularının ətrafa dağılmasıdır. Səlahiyyətlilər yerli əhali arasında profilaktik işlər aparır. Yoluxanlara yardım göstərilməsi və şəxsi gigiyena qaydalarının təbliği üçün müvəqqəti mərkəz yaradılıb.

Əhalinin təhlükəsiz içməli su ilə təmin edilməsi məsələsi öz həllini tapır.

Qeyd edək ki, 2023-cü ildə də vəba epidemiyası Cənubi Afrika İnkişaf Birliyinin (SADC) bir neçə ölkəsində, xüsusilə Zambiya, Zimbabve, Malavi, Mozambik və Tanzaniyada qeydə alınıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top