Vyetnamın paytaxtında hava çirkliliyinə görə əhaliyə xəbərdarlıq edilib

DÜNYA 03 yanvar 2025, 22:37

İsveçrədə yerləşən hava çirkliliyinin ölçülməsi ilə məşğul olan “AirVisual” beynəlxalq təşkilatı Vyetnamın paytaxtı Hanoyda havada çirkləndirici hissəciklərin konsentrasiyasının Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi göstəricidən 13,2 dəfə yüksək olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə Vyetnam mediası məlumat yayıb.

Paytaxtın bəzi bölgələrində Hava Keyfiyyəti İndeksi (AQI) "təhlükəli" olaraq təyin edilən 300 həddini keçərək, 309-a yüksəlib. Buna görə də, səlahiyyətlilər vətəndaşları evdə qalmağa çağırıblar. Bildirilib ki, küçəyə çıxmalı olan vətəndaşlar maska taxmalı, havanın çirklənməsini azaltmaq üçün motosikletlərdən istifadə məhdudlaşdırılmalı, ictimai nəqliyyata üstünlük verilməlidir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top