"Möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır"

ŞOU-BİZNES 03 yanvar 2025, 18:45

Aparıcı İlkin Həsəni böyrək çatışmazlığından əziyyət çəkən və hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdə olan aktyor Azər Baxşəliyevlə bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, aparıcı Azərin son durumunu açıqlayıb.

"Azər Baxşəliyevin son durumu kritik olaraq qalır, hazırda süni tənəffüs aparatına qoşulub. Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır" deyə, İlkin yazıb.

Xatırladaq ki, Azər böyrək çatışmazlığından əziyyət çəkir. O, bir dəfə əməliyyat olunmuş və anasınpn böyrəyi köçürülmüşdü. Azər bir müddət əvvəl yenidən əməliyyat olunacağını açıqlayıb. (axsam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top