Son illər bazarlarda bəzi meyvə-tərəvəzlər insanın uzun illər alışdığından fərqli olaraq, daha parlaq, daha böyük və daha rəngli görünüşü ilə diqqəti cəlb edir. Məsələn, çiyələk haradasa mandarin, pomidor haradasa portağal boyda, bəzi üzümlər isə normal halda olduğundan iki qat böyük olur. Bu cür meyvə-tərəvəzlər, əsasən, hormonlu olur.
Halbuki meyvə-tərəvəzlərin yalnız görünüşünə baxaraq hormonlu olduğunu demək mümkün deyil. Ancaq əksər hallarda meyvə-tərəvəzlər təbii şəkillərindən çox fərqli görnürlərsə, bu onlarda hormonlardan istifadə edilməsindən xəbər verir.
Meyvə-tərəvəzlərin yetişdirilməsində çox vaxt sintetik, yəni süni hormonlardan istifadə olunur. Bunun əsas səbəbi istixanalarda yetişdirilən məhsulların kifayət qədər istilik almaması və ləng inkişaf etməsidir. Təbii hormonların günəşin və suyun təsirinə asanlıqla məruz qalması istehsalçıları süni hormonlara üstünlük verməyə “məcbur edir”. Bu hormonlar toxumların erkən cücərməsi, şitillərin erkən və daha güclü köklənməsi, erkən yetişməsi və erkən meyvə verməsi məqsədləri ilə işlədilir. Hormonların yoxlanılmadan və lazım olduğundan çox istifadə edilməsi insan sağlamlığı baxımından da son dərəcə təhlükəlidir. Hormonlu meyvə-tərəvəz yeyənlərdə xərçəngə tutulma riski artmaqda, ağız, dəri və tənəffüs problemləri ortaya çıxmaqdadır. Bundan başqa, emal müəssisələrində meydana çıxan tullantılar ətraf mühitə zərər verərək, ekoloji tarazlığı pozmaqdadır. Ona görə də, nə qədər gözəl görünsələr, diqqətinizi cəlb etsələr də, hormonlu meyvə-tərəvəzlərdən uzaq olun. (yeniavaz.com)