Aparıcı-prodüser Tarix Əliyev MTV kanalı ilə yollarını ayırır.
Demokrat.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb:
"2021-ci ildən etibarən MTV Azərbaycan kanalında Tarixin Bir Günü verilişinin həm aparıcısı, həm də layihə rəhbəri olmuşam. Sabah isə MTV Azərbaycanda Tarixin Bir Günü verilişinin son buraxılışını izləyəcəksiniz. Bu, mənim şəxsi qərarımdır. Düşünürəm ki, çalışdığım hər kanalda uğur qazanmağa nail olmuşam və MTV-də də bir aparıcı kimi özümü sübut etdim. Həm musiqi ilə əyləncəli, həm də sosial mövzulu verilişlərin aparıcısı olaraq işimi layiqincə yerinə yetirdim. Bu, hər nə qədər bir son olsa da, eyni zamanda yeni və gözəl bir başlanğıcın xəbərçisidir.
Düşünürəm ki, bu müddətdə kanala bir aparıcı kimi, bir işçi kimi çox gözəl işlər verdim. Bütün kanal rəhbərliyindən və oradakı işçilərdən halallıq alaraq son canlı efirimdə sözlərimi dedim. İnşallah, tez bir zamanda yeni kanalda "Tarixin Bir Günü" verilişinin saatını, vaxtını və tarixini öyrənəcəksiniz. İnanıram ki, məni sevənlər tez bir zamanda yeni kanalda izləməyə davam edəcəklər. Hər şeyin xeyirlisi Allahdandır.” (Axşam.az )