Qarabağ xanlığının şərq qapısı — Əsgəran qalasından görüntülər (FOTOLAR)

REGİON 04 yanvar 2025, 22:56
Qarabağ xanlığının şərq qapısı - Əsgəran qalasını XVIII əsrdə Pənahəli xan öz torpaqlarının şərq sərhədində tikdirib.
 
Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də ölkəmizin ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. O, Şuşanın təxminən 24, Xocalının beş kilometrliyində, Ağdam şəhərinin isə 12 kilometr cənubunda, Qarqarçayın sahilində, dağ döşündə yerləşir.
 
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqarçay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdüb. Çay qalanın içindən keçir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilib, ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-biri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Relyefə uyğun olaraq, dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidi ilə müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksdən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafiə halqasında birləşən trapesiyaşəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. Qarqarçaydan başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.
 
PhotoStock.az-ın əməkdaşları Əsgəran qalasından fotoreportaj hazırlayıblar:









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 19:27
Top