Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır

İQTİSADİYYAT 04 yanvar 2025, 22:34
Azərbaycan təbii qaz təchizatında Serbiya üçün etibarlı tərəfdaşdır.
 
Demokrat.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin iclasında deyib.
 
Prezident hazırda ölkədə qaz istehlakının gündəlik 13,5-14,5 milyon kubmetr civarında olduğunu bildirib. Bu günə həm Serbiyadakı, həm də Macarıstandakı yeraltı anbarlarda təxminən 430 milyon kubmetr qaz ehtiyatı var.
 
Qeyd edək ki, Serbiya Azərbaycan qazı ilə təchiz edilən sayca 8-ci ölkə olub. Hazırda Azərbaycandan gündəlik 2,5 milyon kubmetrədək təbii qaz idxal edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top