Təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq? — Nazirlikdən CAVAB

GÜNDƏM 04 yanvar 2025, 22:14
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə TASS-a Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan tələfatı ilə nəticələnən aviasiya hadisəsinin təhqiqatının müddəti komissiya yaradıldığı andan qəzanın təhqiqatının nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə kimi, əlavə araşdırma tələb olunmadığı təqdirdə, 36 aydan çox olmamalıdır”, - deyə nazirlikdən bildirilib.

İstintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev 2024-cü il dekabrın 30-da Kazinform agentliyinə müsahibəsində bildirib ki, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 19:27
Top