Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot Fransanı Aİ-dən çıxmağa çağırıb.
Demokrat.az xəbər verir ki, o bunu Avropa Məhkəməsinin Parisi qanunsuz miqrantların ailələrinə müavinət ödəməyə məcbur edən qərarına cavab olaraq deyib.
Filippot bu qərarı Fransanın suverenliyinin pozulması kimi qiymətləndirib. Öz paylaşımında o, Aİ qanunlarının Fransa Konstitusiyası da daxil olmaqla milli qanunvericilikdən üstün olmasından qəzəbləndiyini bildirib.
O, Fransanın Aİ-dən çıxmasının ölkəni miqrasiya siyasətinə nəzarətə qaytarmağın yeganə yolu adlandırıb.
Əfsanə Kamal
Demokrat.az