Naxçıvan Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürüləcək

SƏNAYE VƏ ENERGETİKA 29 dekabr 2024, 17:55
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin funksiyalarının Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, müvafiq səlahiyyətin ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 yanvar 2025, 13:36
Top