"Tədqiqatlar göstərir ki, həbsxanalar insanları islah etmir. Yəni, həbsxanada olan insanların böyük əksəriyyəti sonradan yenidən cinayət işləyir. Həqiqətən cinayət törədən insanların islah olunması üçün təhsil əsas məsələdir. Təhsilin islahedici gücü var".
Bu sözləri Demokrat.az-açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
"Ona görə də dünyanın bir çox həbsxanasında insanlara dərslər verilir, psixoloji və.s xidmətlər göstərilir. Ali təhsilin verilməsi həmin insanlara peşə qazandıra bilər. Bu addımı alqışlayıram. Layihəyə başlamağa çoxdan ehtiyac var idi. Ali təhsil, peşə təhsili həbsxanadan çıxan insanlara sonrakı həyatlarında özlərinə yer tapmaqları üçün yardımçı olar. Əks halda illər sonra həmin insanlar yenidən cinayət törətməyə maraq göstərəcəklər".
Qeyd edək ki, "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyi hazırda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi məsələsi barədə danışıqlar aparır. Gələn ildən etibarən, təkcə qadınlarla deyil, məhbus kişilər və yeniyetmələrlə də oxu marafonu təşkil olunacaq.
Əfsanə Kamal
Demokrat.az