“Qazaxıstanla yaxşı və ya pis gündə yanyanayıq” — Politoloq

GÜNDƏM 26 dekabr 2024, 17:39
“Dünən baş verən təyyarə qəzası göstərdi ki, Azərbaycan və Qazaxıstan iki ölkə çox yaxın, qardaş dövlətlərdir. Münasibətlərimizin yalnız dövlət rəhbərləri və hökumət qurumları arasında deyil, həm də cəmiyyətlər arasında olduğu sübut olundu. Hadisənin ilk anlarından yerli əhali və mülki şəxslər xilasetmə işlərinə başladılar. Ardınca Qazaxıstan prezidentinin göstərişi ilə kommisiya yaradıldı. Rəsmilər hadisə yerinə yollandılar. Artıq Azərbaycan nümayəndələri ilə işlərin irəli aparılması üçün birgə işlər görülür”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

“Bütün hallarda baş verən hadisə bir daha göstərdi ki, Qazaxıstan Azərbaycanın dost və strateji müttəfiqlərindən biridir. İki ölkə bir çox formatda əməkdaşlıq edir. İkitərəfli münasibətlər yüksək səviyyədədir. 
Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən dövlətlərdən biridir. Qazaxıstan işğaldan azad olunan ərazilərimizdə öz investisiyası ilə yaradıcılı mərkəzi yaradıb. Bir-birimizin həm çətin, həm də xoş günlərində yanındayıq. Belə hadisə Azərbaycanda baş versə, biz də bütün işləri yüksək səviyyədə həyata keçirərdik. Bunlar bizim dostluq, qardaşlıq borcumuzdur. Məsələn siyasət, mədəniyyət, mənəviyyat və eyni kökə bağlılıqla izah etmək olar. Biz eyni kökün övladlarıyıq. Münasibətlərimizin başqa cür olmasını təsəvvür etmək olmaz”.


 Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top