Qadınları aborta məcbur edənlər cərimələnəcək

DÜNYA 25 dekabr 2024, 21:39
Krımın Dövlət Şurası qadınları aborta sövq edənlərə görə inzibati cərimələr tətbiq edəcək. 

Demokrat.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Qadını aborta sövq etməkdə təqsirli bilinən vətəndaşı 3 min rubldan 5 min rubla qədər cərimə gözləyir. 

Məmurlar üçün bu məbləğ 25 ilə 50 min, hüquqi şəxslər üçün 200 ilə 500 min rubl arasında olacaq.

Krım Dövlət Şurası bəyan edib ki, yeni tədbirlər ailə hüquqlarının müdafiəsini artıracaq. 

Səhiyyə komitəsinin rəhbəri Anna Rubelin sözlərinə görə, Krımda aparılan siyasət artıq öz nəticəsini verib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 aprel 2025, 22:48
Top