Təyyarə qəzasında həlak olanlardan 23-ü AZƏRBAYCANLIDIR

GÜNDƏM 25 dekabr 2024, 21:07
Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Demokrat.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib, 14-ü sağ qalıb.

Qırğızıstandan olan 3 sərnişin sağ qalıb, 16 Rusiya vətəndaşından  7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, onların hamısı dünyasını dəyişib.

Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb.

***19:39

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.

Modern.az "Tengrinews"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

Bozumbayevin sözlərinə görə, hazırda 38 nəfərin öldüyü məlumdur.

Baş nazirin müavini yanmış meyitlərin tanınmaz halda olduqlarını, onların morqa aparılacağını və şəxsiyyətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.

Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top