“Çirkli” pulların yuyulmasında iştirak edənləri hansı cəzalar gözləyir? — Vəkildən AÇIQLAMA

KRİMİNAL 25 dekabr 2024, 18:21
““Çirkli” pulların yuyulması Cinayət Məcəlləsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması kimi qiymətləndirilir. 193.1 maddəsi ilə həmin şəxslər cinayət məsuliyyəti daşıyır. Cinayət yolu ilə əldə olduğunu bildiyi halda əmlakın mənbəyini gizlətmək, cinayət törədən şəxsə yardım etmək cinayət işi hesab olunur”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib.

“Əmlakın konvensiyası və ya köçürülməsi, maliyyə əməliyyatlarını və digər ödənişlərin həyata keçirilməsi cinayət məsuliyyətidir. Həmin şəxsləri 4000 manatdan 8000 manatadək cərimə və ya 3 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrumetmə gözləyir. Həmin müddət ərzində onlar 2 ildən 5 ilədək müddətdə azadlıqdan məhrum edilirlər.  

Cinayət işi təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cəzalar daha da ağırlaşır. Qulluq mövqeyindən asılı olaraq cəzanın ağırlıq dərəcəsi dəyişir”.

Qeyd edək ki, son dövrlər dünyada sosial şəbəkə üzərində “çirkli” pulların yuyulması halları baş verir. Türkiyədə yaxın keçmişdə onlarla “Tiktoker” bu səbəbdən həbs edilib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 08:27
Top