"Həqiqi hərbi xidmətə çağırışla bağlı çoxlu təkliflər var. Dünyada çağırışla bağlı ən yüksək yaş həddi olan ölkələrdən biri Azərbaycan idi. Yaş həddinin aşağı çəkilməsinə ciddi ehtiyac var idi.
3 uşaq atası olan şəxslər xidmətə çağırılmır. Təklif olunur ki, 2 uşaq ataları da xidmətə çağırılmasın. Reallığı baxdıqda görürük ki, 3 uşaqlı ailələrin sayı olduqca azdır. Ailələr adətən 2 uşaqla kifayətlənirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib.
O bildirib ki, əvvəllər belə hallarda sui-istifadə halları ola bilərdi:
"3 uşaq olana qədər çağırışçı saxlana bilirdi. İndi şəxs 18 yaşına çatan kimi kommissiyalara cəlb olunur. Həddi buluğa çatmayan şəxslərin evlənməyinə də qanunvericilik icazə vermir. Əvvəlki dövrlərdə 2 uşaqlı ataların xidmətə çağırılmaması sui-istifadə hallarını artıra bilərdi. İndi belə hallara yol verilmir. İndi 18 yaşı olmayan şəxsin evlənməyi mümkün deyil. İndi insanlar ailə qurmaqdan uzaqlaşıblar. Tək yaşayan insanların da sayı çoxalır".
Ekspert qeyd edib ki, təhsil məsələsi ilə bağlı isə onsuz da problem yaradılmır:
"Qanunvericilik onun üzərində qurulub ki, çağırışdan yayınma halları aradan qaldırılsın. Proses kökündən həll olunsun. Əvvəlki illərdən fərqli olaraq doğum hallarının sayı azalıb. Bu təklif qəbul olunarsa, 2 uşaqla bağlı insanları təşviq də etmiş olar. Dünyada və ölkəmizdə baş verən hallara baxdıqda təklifin real yanaşma üzərində qurulduğu görünür. İndiki halda qanunlarda baş verən dəyişikliklər insanların şəraitinin yaxşılaşdırılması üçün aparılır".
Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov iki uşaqlı şəxslərin həqiqi hərbi xidmətə çağırılmamasını təklif edib.
Əfsanə Kamal
Demokrat.az