“İsveçrə parlamentinin təklifi təxribatdan başqa bir şey deyil. Beynəlxalq hüquq normaları ilə də təsdiq olunub ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT-nin bütün sənədlərində Qarabağ Azərbaycanın ərazisi olaraq tanınıb. İsveçrənin Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərlə bağlı konfrans keçirmək təklifi beynəlxalq hüquq normalarına ziddir. Xüsusilə parlamentin qanunverici orqan kimi bu qədər ziddiyyətli təklif verməsi absurddur. Bunun qərəzli, ermənipərəst təklif olduğu da reallıqdır”.
Bu sözləri Demokrat.az-a politoloq Elçin Xalidbəyli deyib.
O bildirib ki, əgər İsveçrə parlamenti insan hüquqlarını müdafiə etmək məqsədi güdürsə, ilk önəmli olan bəşəri dəyərlərə baxmalıdır:
“Həmin dəyərlərin ən önəmlisi Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıdır. İsveçrə parlamenti əzəli torpaqlarından zorakılıqla qovulan azərbaycanlıların da hüquqları barədə düşünməlidir. Ev-eşiyi, doğma yurdu zorakı şəkildə əllərindən alınan qərbi azərbaycanlıların hüquqları İsveçrə parlamenti tərəfindən heç dilə gətirilmir. Qarabağdan könüllü şəkildə köçən ermənilərdən fərqli olaraq, azərbaycanlılar öz yurdlarından zorakılıqla köçürülüblər. Onlar mülkiyyət hüquqları pozularaq deportasiya ediliblər. Deportasiya beynəlxalq cinayət sayılır. İsveçrə parlamenti cinayətkar Ermənistanı bunlarla ittiham etmir. Öz ərazisində hüquqi suverenliyini təmin edən Azərbaycana qarşı ittihamlar irəli sürmək niyyətinə düşüb. İsveçrə parlamenti konfrans keçirmək həvəsinə düşübsə, Qərbi Azərbaycandan qovulan 1 milyona yaxın soydaşımızın hüquqlarını da düşünsün”.
Qeyd edək ki, dekabrın 17-də İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili ilə bağlı müzakirələr aparılıb. Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədi ilə ölkə hökuməti belə bir konfrans keçirməyə çağrılıb.
Əfsanə Kamal
Demokrat.az