"Suriyada inqilab başlayandan bəri..." — BƏƏ-li müşavirdən AÇIQLAMA

DÜNYA 23 dekabr 2024, 22:26
 "Birləşmiş Ərəb Əmirlikləri Suriya inqilabı başlayandan bəri Suriyaya qarşı balanslı mövqe tutub".

Demokrat.az "skynewsarabia" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş deyib. 

O, “X” platformasında BƏƏ-Suriya münasibətlərindən yazıb:

“2011-ci ildə Suriya inqilabı başlayandan bəri BƏƏ Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. BƏƏ Suriyada terrorizmlə mübarizədə balanslı və real mövqe nümayiş etdirir". 

Ənvər Qarqaş Suriyanın birliyini və suverenliyini dəstəkləyən, ayrıseçkilik olmadan suriyalıların hüquqlarına hörmətlə yanaşan, terrorizm və ekstremizmdən uzaq azad bir dövlətin qurulmalı olduğunu vurğulayıb.

"Hamımız ötən on ildən nəticə çıxarmalı və gələcəyə nikbinliklə baxmalıyıq", - deyə Qarqaş vurğulayıb. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 dekabr 2024, 00:01
23 dekabr 2024, 23:59
Top