5 dərəcə ilə 65 dərəcə arasında olan temperatur zərərli mikroorqanizmlərin sürətlə çoxalmasına imkan yaradır.
Demokrat.az xəbər verir ki, soyuq mikroorqanizmləri tamamilə məhv etmir. Onların inkişafını ləngidir. Buna görə də, soyuducu qida təhlükəsizliyində qidaları təzə saxlamaq mühüm rol oynayır. Ancaq bəzi qidaların bu şəkildə saxlanması tövsiyə edilmir.
Kartof və soğanı soyuducuda saxlamaq olmaz. Soyuq kartofun kimyəvi tərkibində dəyişikliklərə, nişastanın şəkərə çevrilməsinə səbəb olur.
Həddindən artıq nəmlik soğanda göbələyin inkişafına zəmin yaradır. Bu mikotoksinlər mədə-bağırsaq problemləri yarada bilir. Həm kartof, həm də soğan sərin, quru yerdə, işıqdan uzaqda saxlanmalıdır.
Sarımsaq soyuducunun soyuq mühitindən uzaq tutulması lazım olan qidalardandır. Aşağı temperatur və rütubətlə təmas sarımsağın üzərində kif əmələ gəlməsinə və onun dadının dəyişməsinə səbəb ola bilər.
Sərin və quru mühit sarmsağın daha uzun müddət təzə qalmasına səbəb olur.
Əfsanə Kamal
Demokrat.az