ABŞ vətəndaşlarına müraciət etdi: Bu ölkəni təcili tərk edin

DÜNYA 23 dekabr 2024, 11:48
ABŞ vətəndaşları təcili olaraq Belarusu tərk etməlidirlər.

Müvafiq çağırışı Amerika Dövlət Departamenti dərc edib.

Departamentin bəyanatında deyilir: “Belarusda olan ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”.

Xüsusilə, Dövlət Departamenti 2022-ci ildən ABŞ-ın Minskdəki səfirliyinin fəaliyyətinin dayandırıldığına aydınlıq gətirib. Bu baxımdan hipotetik problemli situasiyalar yaranarsa, Amerika tərəfləri heç bir şəkildə vəziyyətə müdaxilə edə bilməyəcəklər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya tərəfi Belarusu qorumaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə, Minsk üçün təhdidlər yaradılarsa, o zaman Moskva bunu Rusiyanın özü üçün də oxşar təhlükələrin yaradılması kimi nəzərdən keçirəcək. Putinin sözlərinə görə, bu məqam yenilənmiş nüvə doktrinasının mühüm hissəsidir. (Publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 dekabr 2024, 19:40
Top