"Xüsusi zolağa ehtiyac yoxdur..." — Bu nəqliyyat vasitələri də avtobus zolağına daxil ola bilər

GÜNDƏM 23 dekabr 2024, 18:35
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, təcili yardım maşınları avtobus zolaqlarına daxil ola bilər. V.Qurbanov içərisində xəstə olduğu halda təcili yardım maşınlarının səsgücləndirici və işıqlardan istifadə etməsinin də qanuni olduğunu bildirib. Maraqlıdır, yollarda vəziyyət necədir? Operativ nəqliyyat vasitələrinə digər hərəkət iştirakçıları yol verirmi? Onlar üçün xüsusi zolağın ayrılmasına ehtiyac varmı?

Nəqliyyat eksperti Yasin Mustafayev məsələyə münasibət bildirib. O, Demokrat.az-a açıqlamasında deyib ki, avtobus zolaqlarından operativ nəqliyyat vasitələri də istifadə edə bilər:

“Operativ nəqliyyat vasitələrinə təcili yardım, yanğın söndürən, polis avtomobilləri və digərləri aiddir. Üzərində sayrışan böyük qırmızı işıqları olan nəqliyyat vasitələri olan avtomobillər avtobus zolaqlarından istifadə edə bilər. Bu, qanunda nəzərdə tutulub. Orada səs siqnalları ilə sayrışan işıqların birlikdə aktiv olması nəzərdə tutulub. Avtobus zolaqlarının əsas üstünlüklərindən biri odur ki, operativ nəqliyyat vasitələri də orada rahat hərəkət edə bilsin. Zolağın olmadığı vaxtlarda əvvəllər təcili yardım maşınları tıxacda qalırdı. Çox olub ki, bu səbəbdən xəstə xəstəxanaya çatdırılmadan yolda dünyasını dəyişib. Yanğın söndürən maşınlar da tıxacda qalıb, hadisə yerinə gec çatıb, nəticədə itki, tələfat çox olub, yanğının əhatəsi böyüyüb. Müvaqif qərardan sonra operativ nəqliyyat vasitələri tıxac olmasına baxmayaraq daha rahat hərəkət edə bilir. Düşünürəm ki, onlar üçün xüsusi zolağın ayrılmasına ehtiyac yoxdur. Bu, digər hərəkət iştirakçılarının rahat hərəkətinə çətinlik törədə bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 dekabr 2024, 19:40
Top