Milyonlarla suriyalı qaçqının öz ölkələrinə qayıtması və ölkənin yenidən qurulması beynəlxalq ictimaiyyətin dəstəyi ilə mümkün olacaq.
Demokrat.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) sözçüsü Uilyam Spindler deyib.
Spindler Suriyanın son 13 ildə böyük humanitar böhrana şahidlik etdiyini və təxminən 13 milyon insanın evini tərk etdiyini bildirib.
Bu insanların 7 milyonu Suriyada, qalanı isə Türkiyə, Livan və Avropa kimi müxtəlif yerlərdə qaçqın olaraq yaşamağa davam edir.
Spindler vurğulayıb ki, qaçqınların əksəriyyəti öz ölkələrinə qayıtmaq istəyir. Bunun üçün təhlükəsizlik təmin edilməlidir:
“Suriya kimi müharibə ilə viran qalan bir ölkədə ilk mərhələdə əsas xidmətlərin təmin edilməsində çətinliklər ola bilər. Uzun müddətli sabitlik üçün beynəlxalq dəstək vacibdir”.
Əfsanə Kamal
Demokrat.az