“1919-cu ildə belə bir plan vardı: ermənilərsiz ərazi və Ermənistansız ermənilər. Bu plan bu gün də aktuallığını itirməyib. Azərbaycan Prezidenti İlham Əliyevin "Qərbi Azərbaycana tankla yox, maşınla qayıdacağıq" deməsi də həmin plandan xəbər verir”.
Bu iddia ilə Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan çıxış edib.
Onun sözlərinə görə, sərhədin digər hissələrinin delimitasiyası prosesində Tiqranaşeni (Kərki kəndi-red) verəcəklər.
“Hakimiyyətin anklavlarla bağlı mövqeyi bəllidir. Tiqranaşenin təhvil verilməsindən sonra orada baza quracaqlar və cənuba – Sünikə (Zəngəzur) gedən yolumuz və infrastrukturumuz nəzarətə götürüləcək, digər tərəfdən isə Cermukun (İstisu) strateji yüksəkliliklərində oturan Azərbaycan hərbçiləri nəzarət edəcək. Beləliklə, Sünikə (Zəngəzur) tədricən maşın getməyəcək. Sünikin Ermənistanla əlaqəsini kəsməyin ən mümkün yolu budur. Əliyev yaranmış imkanlardan əla şəkildə istifadə edir”, - Arutyunyan iddiasını belə davam etdirib. (Publika.az)