Bakıda qonşuları siçanla qorxudan şəxs cəzalandırıldı

HADİSƏ 23 dekabr 2024, 14:06
Bakıda qonşunlarını qorxutmaq üçün yaşayış binasının dəhlizinə siçan buraxan şəxs məhkəməyə çıxarılıb. 

Demokrat.az  Qaynarinfo-ya istinadla bildirir ki, qonşuların şikayəti əsasında saxlanılan 1980-ci ildə Bakı şəhərində doğulmuş Emin Vəliyev (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, 44 yaşlı Emin Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsindəki binada yaşayır. O, bir neçə sakinin yaşadığı ümumi istifadədə olan dəhlizdə sakinlərin ünvanına nalayiq ifadələr işlədib, habelə, qonşu mənzilin çöl qapısı üzərində quraşdırılmış videomüşahidə kamerasının qarşısında qeyri-etik əl və barmaq işarələri göstərib, öz səsi ilə hazırladığı müxtəlif qanunlardan və məcəllələrdən birgəyaşayış qaydaları ilə bağlı çıxarışları özünün yaşadığı 162 saylı mənzildən videomüşahidə kamerasının mikrofonu ilə ümumi istifadədə olan dəhlizə yayaraq, uzun müddət sakinlərin dincliyini pozub. 

Daha sonra xamyak-cunqariki cinsindən olan 2 çöl siçanını sakinlərin ümumi istifadəsində olan dəhlizdə qoyaraq, onların qutudan dəhlizə çıxmalarına və orada yaşayan sakinlərin qorxu və təşvişinə səbəb olub. O, bir qədər də irəli gedərək iyi qonşuları narahat etsin deyə dəhlizdə icazəsiz boyama işləri görüb. 

Emin məhkəmədə özünü təqsirliq bilməyərək, qonşuları tərəfindən ona şər və böhtan atıldığını iddia edib. Qonşuları isə ona qarşı yaşayış binasının komendantlığının qaldırdığını iddia edib. Çünki komendantlıq öz öhdəliklərini lazımınca yerinə yetirmir, onu qonşularla üz-üzə qoyur.

Məhkəmənin qərarı ilə Emin Vəliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 100 manat məbləğində cərimə edilib. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top