Zurabişvilini həbslə hədələdi

REGİON 22 dekabr 2024, 20:49
Gürcüstanın Baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilini həbslə hədələyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın “Sova” portalı yazıb.

“Zurabişvilinin vəzifəsində bir həftə də qalmayıb. Düzdür, bəzi avropalı siyasətçilər, rəsmilər dekabrın 29-na qədər çox şey ola biləcəyini deyirlər, amma sizi əmin edirəm ki, çox şey olmayacaq. Görək həyatını harada davam etdirəcək, dəmir barmaqlıqlar arxasında yoxsa azad?”- Kobaxidze bildirib.

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.

Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 dekabr 2024, 21:58
Top