Albaniyada valideynlərin şikayəti əsasında “TikTok” bir il müddətinə bloklanacaq

DÜNYA 22 dekabr 2024, 23:52
Albaniya hakimiyyəti 2025-ci ildən başlayaraq ölkədə TikTok platformasını bir il müddətinə bloklayacaq.

“Report” xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama bildirib.

E. Rama bu qərarı məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq istəyi ilə əlaqələndirib.

Onun sözlərinə görə, Albaniyada valideynlərin 90%-i “TikTok”un bloklanmasını tələb edib.

“Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün səlahiyyətli orqanlarımız tərəfindən hazırlanmış vasitələrdən istifadə edərək “TikTok”u bloklamaq qərarına gəldik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 dekabr 2024, 21:58
Top