İsraildən "Hizbullah"a xəbərdarlıq

DÜNYA 22 dekabr 2024, 17:46
İsrail müdafiə naziri İsrael Kats "Hizbullah" hərəkatına sərt xəbərdarlıq edib.

Demokrat.az xəbər verir ki, bu barədə o, İsrail hərbçiləri ilə keçirdiyi görüşdə danışıb.

Nazir bəyan edib ki, "Hizbullah" razılaşma şərtlərinə əməl etmədiyi və atəşkəsi pozduğu təqdirdə ciddi tədbirlər görüləcək:

"Biz bu hərəkatı zəiflətmişik. Əgər onlar Litani çayının o tayına keçməyə və atəşkəsi pozmağa cəhd etsələr, dərhal hərəkətə keçərək onları neytrallaşdıracağıq."

İsrael Kats əlavə edib ki, İsrail "Hizbullah"ın Livanın cənubundakı kəndlərdə yenidən hərbi obyektlər qurmasına imkan verməyəcək:

"Hərbçilərimiz sərhəd bölgəsində təhlükəsizliyin təmin olunmasına çalışır ki, köçkünlər şimaldakı evlərinə qayıda bilsin."

Xatırladaq ki, tərəflər arasında razılaşma noyabr ayının sonunda qüvvəyə minib. Müqaviləyə əsasən, İsrail ordusu Livan ərazisindən mərhələli şəkildə geri çəkilir. Eyni zamanda, İsrail "Hizbullah" döyüşçülərinin onun təhlükəsizliyinə təhdid yaratdığı halda tədbir görmək hüququnu özündə saxlayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 dekabr 2024, 21:58
Top