Son vaxtlar Azərbaycanda yeni dələduzluq növü yayılıb. Belə ki, sosial şəbəkədə elan yerləşdirən bəzi şəxslər vətəndaşlara müxtəlif şirkətlərə olan borclarını silməyi təklif edir və onları aldadırlar. Onlar "Borcunuz silinəcək" vədi ilə insanlardan müəyyən məbləğdə pul toplayır. Lakin sonradan pul ödəyənlərin nə borcları silinir, nə də vətəndaşlar bu şəxslərlə yenidən əlaqə qura bilirlər. Nəticədə onlar həm maddi, həm də mənəvi ziyan görürlər.
Belə zərərçəkənlərdən biri olan Yusif Qədimov Bakupost.az -a müraciət edib. O bildirib ki, oktyabr ayında sosial şəbəkədə ona "Manato" və "Azpulmata" olan borclarının silmək təklif edilib:
"Onlar məndən əvvəlcə 60 AZN, sonra isə 20 AZN aldılar və borcumu siləcəklərini söylədilər. Lakin nə borc silindi, nə də onlara bir daha əlaqə saxlamaq mümkün oldu".
Başqa bir şikayətçi isə qeyd edir ki, dələduzlar müxtəlif insanlara fərqli məbləğlər deyərək, onları aldadıblar:
"Bəzi insanlardan əvvəl 30 AZN, sonra 60 və ya 90 AZN ödəmələrini istəyirlər. Digər halda isə birbaşa 121 AZN ödəməyi tələb edirlər".
İKT üzrə mütəxəssis Fərhad Mirəliyev məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, vətəndaşların bu cür dələduzlrın toruna düşməsi rəqəmsal savadsızlıqdan irəli gəlir:
“Bu, etibardan sui-istifadə məsələsidir. İnsanları şirnikləndirir ki, müəyyən məbləğ ödəməklə onların problemlərini həll edə bilərlər. Təkcə bank olmayan kredit təşkilatlarından verilən məbləğlərdən savayı, bəzən olur ki, universitetlərdə imtahanlarda avtomatik qiymətlərin alınması kimi vədlər də verilir. Və yaxud da Instagram, Facebook kimi platformalarda kiminsə hesabını sındırıb yazışmalarını çıxaracaqlarını vəd edirlər. Hətta bunu pullu reklamla da edirlər ki, insanların daha çox qarşısına çıxsın. Sadəcə insanlar rəqəmsal savadlılıqlarını artırmalı, o cümlədən maliyyə savadlılığı istiqamətlərdə biliklərini genişləndirməlidirlər ki, bank olmayan təşkilatın verdiyi kredit məbləğini kənar bir fiziki və ya hüquqi şəxsin bağlaya bilməyəcəyini öyrənsinlər".
Ekspert qeyd edib ki, heç kim borc məbləğini ləğv edə, silə və yaxud gizlədə bilməz:
"Bank və ya bank olmayan kredit təşkilatları sistemlərini elə təkmil formada qururlar ki, praktik olaraq ora müdaxilə mümkünsüzdür".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov isə Bakupost.az -a bildirib ki, bu kimi hallarla bağlı polisə çoxsaylı müraciətlər daxil olur:
“Cərimələrin silinməsi, banka olan borcun ödənilməsi ilə bağlı xarici nömrələrdən zəng edərək insanları aldadan şəxslərlə bağlı polisə məlumatlar daxil olur. Qeyd edim ki, hər bir müraciətə tərəfimizdən həssaslıqla yanaşılır. Həmin şəxslərin müəyyən olunması istiqamətində tədbirlər mütəmadi olaraq aparılır.
Kiberdələduzların qurbanı olmamaq üçün vətəndaşlarımıza əmin olmadıqları səhifələrə və linklərə keçid etməməyi, bank kartı və şəxsi məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik.
Üzləşdikləri kiberdələduzluq halları ilə bağlı dərhal DİN-in 102 Zəng Mərkəzinə, həmçinin sosial şəbəkələrdə “polisazerbaycan” rəsmi səhifələrinə məlumat vermələri xahiş olunur”.