"İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklifi alqışlanmalıdır" — Hərbi Ekspert

GÜNDƏM 23 dekabr 2024, 15:20
"Son zamanlar Milli Məclisdə hərbi xidmətə çağırışla bağlı qanunlarla bağlı  çox sayda müzakirələr gedir. Son yaş həddinin 30-a endirilməsi ən əsas məsələlərdən idi. Mən də bir neçə müddət öncə bu haqda efir və mətbuat üzərindən təklif irəli sürmüşdüm".

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov deyib. 

"İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması ilə bağlı təklifi də müsbət qarşılayıram. Çağırışcı bu halda öz ailə məsələləri ilə məşğul olacaq. İcra hakimiyyəti orqanları, çağırış kommissiyaları, güc strukturları ilə iki övladı olan çağırışçılar arasında problemlər olur. Çünki onlar xidmətdən çox ailələri haqqında düşünürlər. Qərar qəbul olunarsa, ancaq və ancaq alqışlanmalı qərar olacaq. Qarabağda müharibə yekunlaşıb. Hərbçilərimiz yalnız döyüş qabiliyyətini artırılması istiqamətində addımlar atırlar.Daim dayanacaq məntəqələrində xidmət aparırlar. Müəyyən strateji vəzifələr var. Digər qoşun növləri var. Xüsusi təyinatlılar, tank qoşunları, rabitə qoşunları, HHMS-lərində müddətdən artıq xidmət edənlər xidmət edir. Müəyyən strateji vəzifələrdə çağırışçılar yox, onlar xidmət göstərirlər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top