Rusiyada uşaqları zərərli qidaların reklamında göstərilməsinə qadağa tətbiq oluna bilər.
Bu mövzu ilə bağlı deputat Boris Qladkix baş nazirin müavini Tatyana Qolikovaya müraciət edib.
Deputatın fikrincə, uşaqların iştirakı ilə zərərli kateqoriyadan olan məhsulların televiziyada və sosial şəbəkələrdə kütləvi şəkildə reklamı onun faydaları haqqında yanlış fikirlər yaradır və düzgün qidalanma prinsiplərinə ziddir.
Qladkix onu da bildirib ki, zərərli qidalardan xəstəlik tapan uşaqların sayı çoxalıb.
Qeyd edək ki, buna oxşar qərar İngiltərədə piylənmə ilə mübarizə üçün tətbiq edilmiş qanuna görə, 2025-ci ilin oktyabr ayından axşam saat 21:00-a qədər ləzzətli yeməklərin televiziya reklamına qadağa qoyulacaq. (News24.az)