Britaniya Gürcüstanın hüquq-mühafizə orqanlarına qarşı sanksiyalar tətbiq edib

DÜNYA 19 dekabr 2024, 20:35
Britaniya Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri və Tbilisi polis rəisinə qarşı sanksiya tətbiq edib.

Demokrat.az
xəbər verir ki, sanksiyalar Gürcüstanda jurnalistlərin və dinc nümayişçilərin saxlanması iddiası ilə bağlıdır.

Böyük Britaniyanın xarici işlər naziri David Lammy bildirib ki, Böyük Britaniya Gürcüstan xalqını dəstəkləyir və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün imkanları nəzərdən keçirəcək.

 Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas Gürcüstana qarşı sanksiyaların hazırlandığını təsdiqləyib.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top