Saxta möhürlə onlarla miqrant leqallaşdırılıb

DÜNYA 16 dekabr 2024, 18:58
Rusiyanın Leninqrad vilayətində bir neçə əcnəbi vətəndaş saxta yolla miqrantları leqallaşdırdığı üçün saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

Hüquq-mühafizə orqanları iki miqrantın pasportunda saxta möhürlər aşkar etdikdən sonra araşdırmaya başlayıblar.

İstintaq zamanı 36 yaşdan 40 yaşa qədər olan 3 başqa ölkə vətəndaşı saxlanılıb.

Cavabdeh qurumların mütəxəssisləri təqsirləndirilən şəxslərin yaşadıqları ünvanda axtarışlar aparıblar.

Nəticədə dörd milyon rubldan çox nağd pul, Rusiya FTX Sərhəd Xidmətinin və Rusiya Daxili İşlər Nazirliyinin saxta ştampları, saxta miqrasiya kartları blankları aşkar edilərək götürülüb.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top