Dünya Özəl

Saxta möhürlə onlarla miqrant leqallaşdırılıb

Saxta möhürlə onlarla miqrant leqallaşdırılıb

Rusiyanın Leninqrad vilayətindəbirneçə əcnəbi vətəndaş saxta yolla miqrantları leqallaşdırdığı üçün saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyininregionalidarəsindənməlumat verilib.

Hüquq-mühafizə orqanları iki miqrantın pasportunda saxta möhürlər aşkar etdikdən sonra araşdırmaya başlayıblar.

İstintaq zamanı 36 yaşdan 40 yaşa qədər olan 3 başqa ölkə vətəndaşı saxlanılıb.

Cavabdeh qurumların mütəxəssisləri təqsirləndirilən şəxslərin yaşadıqları ünvanda axtarışlar aparıblar.

Nəticədə dörd milyon rubldan çox nağd pul,Rusiya FTXSərhəd Xidmətinin vəRusiya Daxili İşlər Nazirliyinin saxta ştampları, saxta miqrasiya kartları blankları aşkar edilərək götürülüb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova