Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi müzakirə olunub. Təkliflərə əsasən hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Təkliflərdən biri də ali təhsillə bağlıdır. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında təklif edilən dəyişikliklər bir sıra yenilikləri əhatə edir. Dəyişikliyə əsasən, üç təhsil pilləsi üzrə - kolleclərdə təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək (hazırda 22), bakalavriatda təhsil alanlara - müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (hazırda yaş məhdudiyyəti yoxdur), magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (hazırda yaş məhdudiyyəti yoxdur) möhlət veriləcək.
Mövcud qanunvericilikdə əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək möhlət verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycanda və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir.
Hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında mövcud qanuna bir sıra yeni təkliflər də irəli sürüb. O bildirib ki, parlament tərəfindən hərbi xidmət haqqındakı qanunvericilik təkmilləşdirilməlidir:
“Müharibədən 4 ildən çox vaxt keçib, amma qazi adı hələ də qanunvericiliyə salınmır. Hamı bu sözü işlədir, amma bunun hüquqi əsası yoxdur. İkinci bir məsələ, bələdiyyə seçkiləri keçiriləcək gələn ay. Bələdiyyə seçkilərinin hərbiyə aidiyyəti yoxdur, hərbçi niyə gedib bələdiyyə seçkilərində səs verməlidir?! Bu sual da cavabsız qalıb. Üçüncü sual, ali təhsil almış kursantlar bu və ya digər səbəblərdən, müvəffəqiyyətsizlikdən hərbi xidmətə göndərilmiş şəxslər - onlarla bağlı qanun da yarımçıqdır. Bu da əlavə problemlər yaradacaq. Sosial şəbəkələrdə mən bu məsələləri geniş işıqlandırıram. Bir sözlə, qanunlar təkmilləşdirilməlidir, onlara rəy verən şəxslər peşəkar olmalıdırlar”.
Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, qanuna edilən bu dəyişikliklər möhlət hüququndan sui-istifadə hallarının qarşısını almağa yönəlib:
“Bu möhlətin bir həddi olmalıdır. Məsələn, bakalavr təhsili 4 ildirsə, 18 yaşında olan şəxsin 4 ildən sonra 22 yaşı olur, universiteti uzatmaq, təhsilin 5 il olması, təhsilin fasiləsizliyi, yəni normativ təhsil müddəti diqqətə alınır. Yenidən bakalavr təhsili və ya ikinci dəfə magistr təhsili almaqla hərbi xidmətdən yayınma halları olurdu. Bunu aradan qaldırmaq üçün konkretləşdiriblər, yəni müəyyən yaş müddətində təhsil alına bilər. Bu müddət bitəndən sonra əlavə möhlət verilmir. Hərbi xidmət keçmə yaşının yuxarı həddinin 30-a endirilməsi də düşünürəm ki, mütərəqqi addımdır. Çünki 35 yaş kifayət qədər yetkin bir yaş dövrüdür, 18 yaşında bir əsgərlə 35 yaşında bir əsgərin birgə hərbi xidmətdə olması müəyyən problemlər yaradırdı. Bu qanun təhsil almaq yolu ilə hərbi xidmətdən yayınanlara mane olacaq. Hərbi xidmətdən yayınmaq üçün bəzi şəxslər Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrdə ali təhsil almağa gedirdilər, aşağı balla, sırf hərbi xidmətdən yayınmaq üçün, çünki Azərbaycanda universitetə daxil ola bilmirdilər. Xaricdə təhsillə bağlı indi də müzakirələr gedir, müəyyən bal toplayanlar dövlət sifarişi əsasında xaricdə oxuya bilərlər. Düşünürəm ki, bu, hərbi xidmətdən yayınma hallarının qarşısını almağa kömək edəcək. Ümumilikdə qanuna edilən dəyişiklik barədə təkliflərlə bu məsələlər daha sistemli şəkildə olacaq”.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu mövzusunda hazırlanıb.
Törə Zeynallı
Demokrat.az