Bəşər Əsədin hara getdiyi AÇIQLANDI

DÜNYA 08 dekabr 2024, 16:43
Ölkəni tərk edən Suriya prezidenti Bəşər Əsəd Afrikaya yollana bilər.

Demokrat.az xəbər verir ki, bu barədə TASS Suriya müxalifəti NKORS siyasi komitəsindəki mənbəyə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Əsəd ölkəni tərk etməzdən əvvəl bir neçə dövlətdən ona sığınacaq verilməsini xahiş edib. Lakin ona imtina cavabı verilib. Suriya prezidentinin hansı ölkələrə müraciət etdiyi açıqlanmır. Eyni zamanda Əsədin hazırda harada olması barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Afrikada Rusiya hakimiyyətinin proksi hərbi qüvvələrinin nəzarət etdiyi bir sıra ərazilər var. Ehtimal olunur ki, Bəşər Əsəd həmin ərazilərdən birinə gedə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top