S&P Azərbaycanın inflyasiya proqnozunu azaltdı

İQTİSADİYYAT 07 dekabr 2024, 09:52
"S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi bu il Azərbaycanda orta illik inflyasiya proqnozunu 3%-dən 2%-ə endirib.

Demokrat.az xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

Agentlik 2025-ci il üzrə Azərbaycanda 4%, 2026-2027-ci illər üçün orta illik inflyasiya gözləntilərini 3% müəyyən edib. Başqa sözlə, S&P bu il üzrə proqnozunu 1% bəndi azaldıb, 2025-ci il üzrə 1% bəndi artırıb, 2026-2027-ci illər üzrə proqnozunu dəyişməyib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top