İndoneziya sahillərində zəlzələ baş verib

DÜNYA 06 dekabr 2024, 23:55

İndoneziya sahillərində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən 306 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə qeydə alınıb.

İtkilər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 21:54
Top