Ermənistanın gələcək baş naziri Paşinyanın xanımı olacaq?

REGİON 06 dekabr 2024, 11:44
Ermənistan hökumət komandası deyir ki, növbəti seçkilərdə baş nazir postuna Nikol Paşinyanın xanımı Anna Akopyanın namizədliyi irəli sürüləcək.

Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

"Onun hiperaktivliyini izah edən məhz budur. Hökumətdə onun ofisi, işçi heyəti və PR komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini özü həll edir. “Mülki Müqavilə” partiyasının üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri onun ssenarisinə uyğun aparılıb. Ancaq bir şeyi nəzərə almadılar: Anna Akopyanın antireytinqi Nikol Paşinyanınkından daha yüksəkdir”, - nəşr qeyd edir. (Unikal)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 14:58
Top