Xəbər verdiyimiz kimi, təsdiq edilən yeni təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib. Elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub, eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib.
Magistratura səviyyəsi üzrə 34 ixtisasın təsnifatı dəyişdirilib, 20 ixtisas təsnifatdan çıxarılıb. Nazir müavininin sözlərinə görə, kitabşünaslıq ixtisası magistratura üzrə təsnifatdan çıxarılıb. Yeni daxil edilən ixtisaslara gəlincə, biotexnologiya, data elmləri, kommunikasiya və rəqəmsal media, proqram təminatı mühəndisliyi, ictimai səhiyyə, bitki mühafizəsi və digərləri təsnifata daxil edilib.
Təhsil eksperti Səbuhi Allahverdiyev Demokrat.az-a açıqlamasında deyib ki, müsir və rəqəmsallaşan dünyamızda yeni ixtisasların yaradılması, mövcud ixtisasların isə adlarının qismən və ya tamamilə dəyişdirilməsi labüddür.
O bildirib ki, ali təhsil müəssisələrində mövcud olan bəzi ixtisaslarların adları dəyişdirilib:
“Bununla yanaşı, elə ixtisaslar var ki, onların tamamilə dəyişdirilməsi və yerinə yenisinin yaradılması labüddür. Bu, yeni çağırışlarla əsaslanır və tələb və təklif əsasında formalaşır. Gələcək 5-10 ilin ixtisaslarının yaradılması istiqamətində işlər gedir.
Əmək ixtisaslarının yaradılması qaçılmazdır. Rəqəmsallaşma və süni intellektlə bağlı ixtisasların yaradılması da birmənalı şəkildə vacibdir. Çünki yaxın zamanlarda süni intellektin bir çox elm sahələrinə, hətta fundamental sahələrə öz təsirini göstərəcəyi inkaredilməzdir. Süni inetellekt gələcək həyatımızı əhatə edəcək.
Düşünürəm ki, təhsildə yeni ixtisasların yaradılmasına səbəb budur. Bu ixtisaslara maraq daha da artacaq, eyni zamanda iş yerləri ilə bağlı tələb və təklifi nəzərə alaraq həmin ixtisaslara daha çox müraciətlər olacaq. Tələbatın az olduğu ixtisaslara plan yerlərinin azaldılması da gözləniləndir”.
Törə Zeynallı
Demokrat.az