"1-3 yaş aralığında olan uşaqların çizgi filminə baxması qadağandır. 3-6 yaş aralığında yarım saat ekran göstərilməsi məsləhətdir. 6-10 yaş aralığında 2 saata qədər limit qoyula bilər. Nəzarət etmək lazımdır ki, övladınız nə izləyir. Onların bir çoxunda aqressiya, gərginlik xüsusiyyətləri var. Bunlar bir müddət sonra uşaqların davranışına çevrilir. Bizim də izlədiyimiz "Nu, poqodi", "Maşa ilə ayı" çizgi filmində aqressiya və gərginlik var. Bunlar uşaqlarda psixoloji travma yarada bilən filmlərdir. Mənfi təsirlər səbəbsiz isterika, ağlamaq, valideyni və digərlərini vurmaq, özünü yerə çırpmaq kimi hərəkətlərdə özünü göstərir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Orvita Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oqtayqızı deyib.
Onun sözlərinə görə, valideynlər övladlarına çizgi film seçərkən yaşını, cinsini, psixoloji durumunu nəzərə almalıdır:
“Uşaqların ailə münasibətlərində problemlər, ata və ana ayrı, rəhmətə getmiş olsa belə çizgi filminə nəzarət digəri tərəfindən həyata keçirilməlidir. Uzun müddət ekrana məruz qalmaq asılılıq yaradır. Uşaqlar həmin hərəkətləri və səsləri təkrar etməyə başlayırlar".
O bildirib ki, xüsusi günləri çıxmaq şərtilə azyaşlılara mütəmadı olaraq "Spiderman", "Batman", və s. mövzulu əşyalar, geyimlər almaq da məsləhət deyil:
"Hazırda bağçada və.s yerlərdə uşaqların mütəmadi olaraq həmin geyimləri geyindiyini müşahidə edirik. Valideynlər şikayət edir ki, uşağı gecə-gündüz həmin geyimdə olmaq istəyir. Bu asılılıqdır. Gələcəkdə yaranacaq asılılıqlar üçün də zəmin yaranır. Sayrışan hallar nevrozu xəstəliyi, gözlərinə başqa şeylərin görünməsi halları da bu səbəbdən yaranır.
Autizm spektr pozuntusunda da televiziya asılılığının olduğunu vurğulamaq vacibdir.
Fərqli dillərdə çizgi filmlər izləmək uşaqların təfəkkürünə mənfi təsir göstərir. Hazırda uşaqlarımızın nitqində türk, rus, ingilis dilində sözlər müşahidə edirik. Bu təsir nəticəsində məktəb dövründə öyrənmə və oxuma problemi yaranır".
Əfsanə Kamal
Demokrat.az