Tbilisidəki aksiyalarda 143 polis yaralanıb

DÜNYA 04 dekabr 2024, 00:13

Gürcüstanda nümayişlər zamanı 298 nəfər saxlanılıb, 143 polis əməkdaşı yaralanıb.

“Qafqazinfo” xəbər verir ki. Bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.

Onun sözlərinə görə, parlament binasına, polis əməkdaşlarına və xüsusi təyinatlıların texnikalarına edilən hücumlar nəticəsində ümumilikdə 298 nəfərin saxlanılıb.

Digər tərəfdən, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə baş verənlərlə bağlı açıqlama verərək növbəti dəfə müxalifəti və onların tərəfdarlarını qeyri-sabitlik yaratmaqda ittiham edib.

Onu da deyək ki, nümayişlər hələ də davam edir.

Qeyd edək ki, etirazlar noyabrın 28-də Baş nazir Kobaxidzenin ölkənin 2028-ci ilə kimi Aİ-yə üzvlük danışıqlarını dayandırmaqla bağlı qərarına qarşı başlayıb

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top