Cənubi Koreyada hərbi vəziyyət Şimali Koreya üçün “hədiyyə” adlandırılıb

DÜNYA 03 dekabr 2024, 22:28
"Cənubi Koreyadakı hərbi vəziyyət və siyasi böhran Şimali Koreyaya hədiyyədir"

Demokrat.az xəbər verir ki, bu sözləri hərbi analitik  Maykl Klark deyib. 

Klark vurğulayıb ki, Pxenyan öz təbliğatında Cənubi Koreyadakı hadisələrdən istifadə edəcək. 

O, həmçinin qeyd edib ki, Seulun müttəfiqləri baş verənləri diqqətlə izləyəcəklər.

“Cənubi Koreyada daimi olaraq 30 minə yaxın Amerika əsgəri var. Beləliklə, ABŞ-ın bu barədə deyəcək çox şeyi olacaq ”, - deyə Klark bildirib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top