Famil Xəlil ev dustaqlığına buraxıldı

KRİMİNAL 03 dekabr 2024, 18:00
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə təqsirləndirilən Famil Malik oğlu Xəlilovun (Xəlil) növbəti məhkəmə prosesi keçirilib.

Demokrat.az report-a istinadən xəbər verir ki, dövlət ittihamçısı Rauf Malışov çıxış edərək Famil Xəlilovun həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı təklif verib.

Vəkil Fariz Namazlı da Famil Xəlilin sağlıq durumunu nəzərə alaraq müvəkkilinin ev dustağlığına buraxılmasını istəyib.

Hakim Azər Tağıyevin qərarına əsasən, məhkəmə Famil Xəlilin sağlıq durumunu, məhkəmədən yayınmacayağını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib.

Xatırladaq ki, bu il mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Qolları serebral iflic olan Famil Xəlilov 1-ci qrup əlildir.

Qeyd edək ki, F.Xəlil 2015-ci ildən 2023-cü ilə kimi İsveçdə mühacir həyatı yaşayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
04 dekabr 2024, 10:01
Top