“Bacım qızına görə məsuliyyət daşımıram”

SİYASƏT 03 dekabr 2024, 16:49
Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı ilə sualları cavablamaq istəməyib.

Demokrat.az bildirir ki,  o, bu barədə məsələyə "İnstaqram" hesabında paylaşım edərək aydınlıq gətirib:

"Hörmətli media nümayəndələri və əziz tamaşaçılar, məni sevərlər. Hər kəs bilir ki, rəhmətlik bacımın vəsiyyətinə əsasən onun üç yaşında olan qızını böyüdərək analıq etmişəm. Uzun müddətdir həmin şəxslə əlaqəm yoxdur və onunla bağlı məsuliyyət, cavabdehlik daşımıram! Bu məsələ ilə bağlı heç bir jurnalist mənə zəng etməsin. Çünki açıqlama verməyəcəm! Vətənimin bütün gəncləri, mənim doğma övladlarımdır! Deyəcəklərim bu qədər!".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
Top