Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Araqçı ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüş Məşhəd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində baş tutub.
Məlumata görə, nazirlər bir sıra sahələrdə Azərbaycanla İran arasında əməkdaşlığa dair məsələləri müzakirə ediblər.