Amerikalı alimlər koronavirus infeksiyasının sağlamlığa ciddi zərər vuran və ölümcül nəticələrinə cavabdeh olan mexanizmləri aşkar ediblər.
Demokrat.az xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.
Komanda ağır COVID-19 xəstələrinin burun yaxma nümunələrində gen ifadəsini təhlil edib və bunun sağlam insanlarla müqayisəsini aparıb.
Məlum olub ki, SARS-CoV-2 koronavirusu enerji istehsalına cavabdeh olan mitoxondriyadakı əsas reaksiyaları pozur. Mitoxondrial stress immun sensorları aktivləşdirən siqnal birləşmələrini buraxır. Bu, renin-angiotensin-aldosteron sisteminin (RAAS) işə salınmasına səbəb olur.
RAAS hormonların, zülalların və fermentlərin köməyi ilə qan təzyiqini tənzimləyir. Ancaq daxili orqanlara zərər verən bir reaksiyaya da səbəb ola bilər. Şiddətli COVID-19-da mitoxondrial stress ilə birlikdə RAAS-ın həddindən artıq aktivləşməsi sitokin fırtınası kimi tanınan nəzarətsiz immun reaksiyasını artırır.
Alimlər araşdırıblar ki, bu amillər ürək çatışmazlığına, miokardın zədələnməsinə, ağciyər fibrozuna və böyrəklərin zədələnməsinə gətirib çıxarır.
Jalə
Demokrat.az