Türkiyə, Rusiya və İran Suriya ilə bağlı Astana formatında görüş keçirəcək

DÜNYA 02 dekabr 2024, 16:15
Yaxın gələcəkdə Türkiyə , Rusiya və İran Suriyadakı vəziyyəti həll etmək üçün Astana formatında nazirlər səviyyəsində  görüş keçirəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

Fidanın sözlərinə görə, o, artıq rusiyalı həmkarı Sergey Lavrovla Astana prosesinin bərpasını müzakirə edib.  Yaxın vaxtlarda format yenidən təşkil olunacaq.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib.

Kanalın məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top